Bakıda Gəncə sakinindən yarım kiloqramdan çox heroin götürülüb

Bakıda Gəncə sakinindən yarım kiloqramdan çox heroin götürülüb
# 26 noyabr 2019 10:48 (UTC +04:00)

Gəncə sakinindən xeyli miqdarda narkotik aşkarlanıb.

APA-nın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin və Yasamal rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini 1995-ci il təvəllüdlü S. Vəliyevdən 930 qram metavitamin, Gəncə sakini, 1984-cü il təvəllüdlü Z. Abbasovdan 630 qram heroin və 270 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR