Masallıda 71 yaşlı qadın evində yanaraq ölüb

Masallıda 71 yaşlı qadın evində yanaraq ölüb
# 30 dekabr 2017 07:38 (UTC +04:00)

Masallıda yanğın hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mahmudavar kəndində 1938-ci il təvəllüdlü Məzahir Kazımova məxsus ümumi sahəsi 280 kv/m olan iki mərtəbəli evdə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. Yanğın kəşfiyyatı zamanı M. Kazımovun həyat yoldaşı, 1946-cı il təvəllüdlü Mariya Kazımovanın yanmış meyiti tapılıb.

İlkin məlumata görə, yanğına qaz sobasında yaranmış nasazlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR