Rusiyanın “IrAero” aviaşirkəti Omsk-Bakı reysinə başlayacaq

Rusiyanın “IrAero” aviaşirkəti Omsk-Bakı reysinə başlayacaq
# 01 mart 2024 07:44 (UTC +04:00)

Rusiyanın “İrAero” aviaşirkəti aprelin 2-dən Omskdan Bakıya reysə başlayacaq.

APA xəbər verir ki, bu barədə Omsk hava limanının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu şəhərlər arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə həyata keçirilib.

Uçuşlar həftədə bir dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə çərşənbə axşamı saat 02:50-də Omska çatacaq və yerli vaxtla saat 04:00 radələrində əks istiqamətə yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR