Qarabağda aparılan yenidənqurma işlərini öz gözlərimlə görmək mənim üçün çox dəyərli bir təcrübədir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə səfər edən səyyah Ailan Dekoto deyib.
“Bütün dünya Ermənistan–Azərbaycan münaqişəsi haqqında bilirdi, burada olmaq mənim üçün şərəf və böyük imkandır. Keçmişdə baş verənlər və gördüyümüz bütün dağıntılara baxmayaraq, irəli baxanda yeni, müasir binaların tikildiyini görmək mümkündür. Bu isə dağıntıdan yenidənqurmaya keçidin necə baş verdiyini göstərir. Bunu internetdə və ya kitablarda oxumaq əvəzinə, öz gözlərimlə görmək mənim üçün çox dəyərli bir təcrübədir”, - o bildirib.
Qeyd edək ki, bu gündən “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır. Budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir, bu isə indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin sayca ən böyük qrupudur.
Elgün Gəncimsoy
Toğrul Quluzadə