Son 20 ildə Azərbaycana səfər edən əcnəbilərin sayı 3 dəfədən çox artıb

Son 20 ildə Azərbaycana səfər edən əcnəbilərin sayı 3 dəfədən çox artıb
# 11 yanvar 2024 10:22 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində turizm və ictimai iaşə sahəsində 19 dəfə artıma nail olunub.

APA xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Turizm Sənayesi Subyektlərinin Forumunda deyib.

O bildirib ki, bu dövr ərzində ölkəmizə səfər edən əcnəbilərin sayı 3 dəfədən çox artıb.

"Eyni zamanda, mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmələrin sayı 8 dəfəyə yaxın çoxalıb. Son 20 ildə turizmin qeyri-neft iqtisadiyyatında payı təxminən 4 dəfə artaraq 0,7 faizdən 3,3 faizə yüksəlib. Turizm sahəsində muzdla çalışan işçilərin sayı 6,5 dəfə, cəmi məşğulluq isə 4,1 dəfə artıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR