Lənkəranda BMW markalı minik avtomobili yanıb

Lənkəranda BMW markalı minik avtomobili yanıb
# 12 mart 2017 03:09 (UTC +04:00)

Lənkəranda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyadan ibarət qarajda baş verib. Nəticədə qarajın dam örtüyü 8 m2 sahədə və içərisində "BMW" markalı minik avtomobilinin mühərriki və idarəetmə lövhəsi yanıb. Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR