Gəncədə avtomobil maneəyə çırpılıb, sürücü ölüb

Gəncədə avtomobil maneəyə çırpılıb, sürücü ölüb
# 08 yanvar 2018 15:18 (UTC +04:00)

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində sürücü, 1962-ci il təvəllüdlü Muradov Yaşar Faiq oğlu hadisə yerində ölüb. Onun ürək tutmasından idarəetməni itirərək qəza törətdiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR