Bank Of Baku

Turizm sahəsində 3 yeni dövlət standartı qəbul ediləcək

Turizm sahəsində 3 yeni dövlət standartı qəbul ediləcək
# 27 noyabr 2025 17:13 (UTC +04:00)

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 06) onlayn formatda növbəti iclası keçirilib.

Bu barədə "APA-Economics" AZSTAND-dan bildirilib.

İclasda AZSTAND-la yanaşı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Turizm Bürosu və Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri iştirak edib.

İclas zamanı Texniki Komitənin 2025-ci il fəaliyyət planına uyğun olaraq işlənib hazırlanmış 2 standart layihəsi səs çoxluğu ilə qəbul edilib, daha 3 yeni dövlət standartı layihəsi isə müzakirə edilib.

Sonda “2026–2028–ci illər üzrə Milli Standartlaşdırma Proqramına”na daxil edilmiş turizm sahəsi üzrə standart layihələri barədə məlumatlandırma və planlaşdırma məsələlərinə baxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR