Bank Of Baku

Xarici səyyah: Qarabağda həyata keçirilən işləri görmək çox xoşdur

Banqladeşdən olan səyyah Raiiq Ridwan

© APA | Banqladeşdən olan səyyah Raiiq Ridwan

# 08 oktyabr 2026 11:40 (UTC +04:00)

Qarabağ və Şərqi Zəngəzura səfərimizin birinci gündür, səhər tezdən səfərə başlamışıq. Burada baş verən yenilikləri, inkişafı görmək çox xoşdur.

APA xəbər verir ki, bunu Qarabağ və Şərqi Zəngəzura səfər edən Banqladeşdən olan səyyah Raiiq Ridwan deyib.

"Bir qədər əvvəl Azıx mağarasında olduq, tarixi keçmişdən hazırki dövrə nəzər yetirdik. Bu ərazilərin yenidən qurulmasını görmək maraqlıdır. Hadrutda da olduq, gözəl, yaşıllığa qərq olan ərazilər adamı məftun edir", - səyyah bildirib.

Filippindən olan səyyah Jan Vincent Francisco isə deyib ki, 3 gün ərzində region barədə daha çox məlumat əldə etmək və bölgənin tarixi haqqında daha ətraflı öyrənmək istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR