Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi ancaq ərazi bütövlüyü prinsipi çərçivəsində öz həllini tapa bilər"

Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi ancaq ərazi bütövlüyü prinsipi çərçivəsində öz həllini tapa bilər"
# 10 iyul 2014 19:21 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib.

Dövlət başçısının sözlərinə görə, ordunun döyüş qabiliyyəti yüksək səviyyədədir, gündən-günə artır: “Ordu günündə və bu yaxınlarda cəbhə bölgəsində keçirilmiş təlimlər həm praktik nöqteyi-nəzərdən, eyni zamanda, gücümüzü nümayiş etdirmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malik məsələlərdir. Bu yaxınlarda səfirlərlə görüşdə bu məsələ ilə, ümumiyyətlə, xarici siyasətlə bağlı sözlərimi kifayət qədər geniş demişəm, təkrar etmək istəmirəm. Sadəcə olaraq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü əsas beynəlxalq hüququn norma və prinsipidir”. Prezident İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR