Bakı – APA. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib:
Abdullayev Kamal Mehdi oğlu
Ələkbərov Urxan Kazım oğlu
Əmiraslanov Əhliman Tapdıq oğlu
Həsənli Sabir Hüseyn oğlu
Nemətov Azərpaşa Zəfər oğlu
Qafarova Sahibə Əli qızı
Qurbanlı Mübariz Qəhrəman oğlu.