Türkiyə Böyük Millət Məclisinin sədri Gürcüstanda səfərdədir - FOTO

Türkiyə Böyük Millət Məclisinin sədri Gürcüstanda səfərdədir - <span style="color: red;">FOTO
# 03 noyabr 2014 11:10 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Ötən gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Ciçək Gürcüstana səfərə gəlib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, TBMM sədri Tiflisdəki Cümə məscidini ziyarət edib.

Müfti Yasin Əliyev Çəmil Çiçəyə Cümə Məscidinin tarixi və Gürcüstanda yaşayan müsəlmanlarla bağlı məlumat verib. Qonaq səfərin ilk günü Gürcüstanın Milli Muzeyində olub, Tiflisin gəzməli yerlərinə baxıb.

Bu gün TBMM sədri səfərinə Tiflisdəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsini ziyarət etməklə başlayıb, abidə önünə əklil qoyub. Bu gün hörmətli o, Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşüb. Daha sonra baş nazir İrakli Qaribaşvili TBMM sədrini qəbul edəcək. Cəmil Çiçək Türkiyənin Gürcüstandakı səfirliyinə baş çəkdikdən sonra Msxeta şəhərinin tarixi-mədəni abidələrinə baxacaq.

TBMM sədrinin Gürcüstana rəsmi səfəri noyabrın 4-də Acarıstana səfərlə davam edəcək. C.Çiçək həmin gün Acarıstan parlamentinin sədri Arçil Xabadze ilə görüşəcək, Batuminin görməli yerlərinə baxacaq, Türkiyənin konsulluğuna baş çəkəcək və Batumidəki məscidi ziyarət etdikdən sonra Gürcüstanı tərk edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR