Bakıda 4 ay əvvəl şirkətə məxsus motosikleti qaçıran şəxslər tutulub

Bakıda 4 ay əvvəl şirkətə məxsus motosikleti qaçıran şəxslər tutulub
# 13 dekabr 2014 10:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda motosiklet oğurlayan şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 8-də “Zəfəran” MMC-yə məxsus “Zontes” markalı motosikleti Bakı şəhər sakinləri Səbuhi Məlikov və Rüfət Salmanovun qaçırdıqları müəyyən olunub.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində motosikleti qaçıran şəxlər saxlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR