Nazir: “Dördüncü mobil operatorun işə düşməsi qiymətlərə elə də böyük təsir göstərməyəcək”

Nazir: “Dördüncü mobil operatorun işə düşməsi qiymətlərə elə də böyük təsir göstərməyəcək”
# 17 sentyabr 2014 15:55 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. “Dördüncü mobil operatorun Naxçıvan Muxtar Respublikasında lisenziya alıb və orada fəaliyyət göstərməsi bazardakı qiymətlərə elə də böyük təsiri göstərməyəcək”.

APA-nın qərb bürosunun verdiyi məlumata görə bu fikri Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, hazırda yeni operator digər üç operatorla rominq müqavilələri imzalayır: “İmzalanmadan sonra respublika üzrə digər mobil operatorların təklif etdiyi xidmətlərin qiymət və keyfiyyətinə müsbət təsir edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR