Allahşükür Paşazadə: “Məhərrəm ayından etibarən bütün məscidlərdə azan və xütbələrin eyni vaxtda verilməsinə nail olmalıyıq”

Allahşükür Paşazadə: “Məhərrəm ayından etibarən bütün məscidlərdə azan və xütbələrin eyni vaxtda verilməsinə nail olmalıyıq”
# 23 oktyabr 2014 10:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Məscidlərdə azanların və xütbələrin müxtəlif vaxtlarda verilməsi İslama münasibətə mənfi təsir edir”.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O bildirib ki, bu məsələdə bəzən dindarların özünün də günahı çox olur: “Kimsə özünü artıq molla göstərərək özündən vaxt icad edir, amma onun bu əməli bəlkə də özünün də xəbəri olmadan dinə münasibətə təsir edir. Biz birlikdə bu yanaşmaların qarşısını alıb, qarşıdan gələn Məhərrəm ayından etibarən bütün məscidlərdə azanların və xütbələrin eyni vaxtda verilməsinə nail olmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR