Gürcüstanda Azərbaycanın iştirakı ilə "Təhlükəsiz Qafqaz-2014" adlı beynəlxalq təlim keçiriləcək

Gürcüstanda Azərbaycanın iştirakı ilə "Təhlükəsiz Qafqaz-2014" adlı beynəlxalq təlim keçiriləcək
# 02 sentyabr 2014 14:34 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Hallar Departamentində "Təhlükəsiz Qafqaz-2014" adlı beynəlxalq təlimlə əlaqədar hazırlıq görüşü keçirilib.

APA - nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sözügedən təlim sentyabrın 5-də Yağlıca poliqonunda Gürcüstan və Azərbaycanın iştirakı ilə keçiriləcək.

Təlimdə əsas məqsəd əməkdaşlığın təkmilləşdirilməsi və iki ölkə arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində Azərbaycanla Gürcüstan arasında genişmiqyaslı fövqəladə hallar zamanı xilasedicilərin işinin koordinasiyası, habelə Gürcüstan hökuməti ilə "British Petrolium" (BP) arasında imzalanan müqaviləyə əsasən suda və quruda neftin dağılmalarına qarşı fəaliyyətin tənzimlənməsi, eləcə də əlaqələndirmə işlərinin təkmilləşdirilməsidir.


Bu gün keçirilən hazırlıq görüşündə planlaşdırılan təlim ssenarisinin detalları, müvafiq texniki və təşkilatçılıq məsələlər müzakirə edilib. Qonaqlar həmçinin poliqonda təlim nöqtələrinə baxış keçiriblər.


Təlimdə Gürcüstanın daxili işlər, əmək, səhiyyə və sosial müdafiə nazirliklərinin, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin, habelə "British Petrolium", BP "BRIGGS" ASC və "Energy Invest" şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR