Bank Of Baku

Xocavənddə və Kəlbəcərdə turizm rekreasiya zonaları yaradılacaq

Xocavənddə və Kəlbəcərdə turizm rekreasiya zonaları yaradılacaq
# 14 dekabr 2023 12:34 (UTC +04:00)

"Xocavənddə 3, Kəlbəcərdə 5 ərazidə turizm rekreasiya zonası yaradılacaq".

APA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov "İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı" I elmi-praktiki konfransda deyib.

O əlavə edib ki, Kəlbəcərdə yaradılacaq turizm zonası 3 min hektardan çox ərazini əhatə edəcək:

"Bu ərazilərdə turizm zonaları xarici mütəxəssislərin iştirakı ilə müəyyənləşdirilib. Layihə-smeta sənədləri hazırlandıqdan sonra işlərə başlanılacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR