“Mançester Yunayted” portuqaliyalı yarımmüdafiəçi ilə müqaviləni rəsmiləşdirib

“Mançester Yunayted” portuqaliyalı yarımmüdafiəçi ilə müqaviləni rəsmiləşdirib
# 30 yanvar 2020 22:42 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubu növbəti transferini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Brunu Fernandeşlə 5,5+1 illik müqavilə rəsmiləşib.

2025-ci ilin yayına qədər Mançester təmsilçisində oynayacaq portuqaliyalı ilə anlaşma daha bir il uzadıla bilər. 25 yaşlı yarımmüdafiəçi üçün Portuqaliya “Sportinq”inə 55 milyon avro ödənilib. Lakin Lissabon təmsilçisi bonuslar hesabına daha 25 milyon əldə edə bilər.

Qeyd edək ki, B.Fernandeş cari mövsüm 28 oyunda 15 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR