Bu ilin yanvar-may aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 81 075 nəfər səfər edib.
Bu barədə "APA-Economics"ə Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39%-dən çoxdur.
Qeyd edək ki, bu ilin beş ayında Azərbaycana 965 556 xarici vətəndaş gəlib. May ayında ölkəyə səfər edənlərin sayı 239 272 nəfər təşkil edib.