Yaxın zamanda Suqovuşana turlar təşkil olunacaq

Yaxın zamanda Suqovuşana turlar təşkil olunacaq
# 16 oktyabr 2023 13:53 (UTC +04:00)

"Yaxın zamanda Suqovuşana turlar təşkil olunacaq".

Bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova bildirib.

O bildirib ki, artıq bununla bağlı işlərə başlanılıb:

"Qısa müddətdə Şuşa turları kimi buraya və ətraf ərazilərə turistlərin gəlişi nəzərdə tutulub. İlk olaraq Naftalandan, daha sonra isə digər ərazilərdən buraya turlar təşkil olunacaq. İlk olaraq yerli əhalinin səfəri nəzərdə tutulub".

O, eyni zamanda, qeyd edib ki, Suqovuşan İstirahət Parkı üçün ilkin olaraq 4 milyon manata yaxın vəsait ayrılıb.

"Bunun içərisinə layihələndirmə işləri də daxildir. İkinci mərhələ üçün layihə-smeta sənədlərinin hazırlanması da bu işlər çərçivəsində həyata keçirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR