Dələduzluq edən şəxsə hökm oxunub

Dələduzluq edən şəxsə hökm oxunub
# 19 sentyabr 2017 10:21 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İxtiyar Behbudovun məhkəməsi başa çatıb.


APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən zamində olan İ. Behbudov məhkəmə zalında həbs edilib. O, 8 il, 5 ay, 28 gün il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ. Behbudov bir neçə nəfəri Ukraynadan kərə yağı gətirmək adı ilə aldadaraq dələduzluq edib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. İ. Behbudov ifadələrində özünü təqsirli bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR