Cakartada baş verən partlayışlar zamanı ölənlərin sayı 17 olub

Cakartada baş verən partlayışlar zamanı ölənlərin sayı 17 olub
# 14 yanvar 2016 11:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. İndoneziyanın paytaxtı Cakartada ardıcıl baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. APA-nın məlumatına görə, bu barədə “Əlcəzirə” telekanalı məlumat yayıb. Ölənlərdən 5-nin polis olduğu deyilir. Rəsmi olaraq isə 10 nəfərin öldüyü açıqlanıb. Məlumata əsasən ölənlər arasında polis və xarici vətəndaşlar da var. Ölənlərdən 4-ü hücum edən şəxslərdir.

Daha 10 nəfər yaralanıb. Hadisə ilə bağlı məsuliyyəti hələlik heç kəs üzərinə götürməyib. Daha əvvəl İŞİD İndoneziyanı terror aktları ilə hədələsə də Milli Kəşfiyyat İdarəsinin rəhbərliyi hadisədə bu qruplaşmanın əli olması barədə heç bir sübutun olmadığını açıqlayıb.

Xatırladaq ki, bu gün səhər Cakartada ardıcıl 6 partlayış baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR