Bakı. Fərid Mirzəyev - APA. “Azərbaycanda 8 000-ə qədər vərəm xəstəsi qeydiyyatdadır. Onlardan 4 000-dən bir qədər artığı yeni xəstədir”.
APA-nın xəbərinə görə, bunu Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova deyib.
O bildirib ki, 2015-ci ildə ölkədə 100 000 nəfərə 3,8 insan vərəmə görə həyatını itirib: “Ağ ciyər xəstəlikləri, əsasən vərəm xəstəliyi iqtisadi duruma bağlı xəstəlikdir. Biz iqtisadi cəhətdən yüksək vəziyyətdə olan ölkələrə yaxınlaşdığımız üçün vərəmə xəstələnmə, vərəmdən ölüm əhali arasında azalıb”.
Direktor müavini qeyd edib ki, son 5 ildə ölkədə vərəm xəstəliyinin dinamikasında müsbət dəyişikliklər qeydə alınıb: “2010-cu ildə 100 000 nəfərə 53,5 xəstələnmə var idisə, 2015-ci ildə bu 100 000 nəfərə 41,3-dək azalıb. Ümumilikdə ölkə üzrə ocaqlı vərəm formalarının artması, infiltrativ vərəm formalarının azalması, gecikmiş, yayılmış vərəm formalarının sayında isə stabilləşmə müşahidə olunur”.
İ. Axundova onu da qeyd edib ki, son illər ərzində uşaqlar və yeniyetmələr arasında xəstələnmənin azalması müşahidə olunur.
Azərbaycanda vərəm xəstələrinin sayı açıqlanıb
10 avqust 2016 09:31 (UTC +04:00)
Sosial
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024
İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
13:42
5 may 2024