Azərbaycan məscidlərində “Skaype” xütbə və moizələr tətbiq olunacaq

Azərbaycan məscidlərində “Skaype” xütbə və moizələr tətbiq olunacaq
# 07 oktyabr 2016 15:40 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda məscidlərdə xütbələrin və moizələrin onlayn dinlənilməsi üçün veb-kameralar vasitəsi ilə “Sakype” sistemlər quraşdırılacaq. Qafqaz Müsəlmanları idarəsindən (QMİ) APA-ya verilən məlumata görə, artıq bunun tətbiqi üçün hazırlıqlara başlanılıb.

Bu sistemin tətbiqindən sonra ölkə daxilində kənar məsafədə istənilən şəxs istənilən məsciddəki qaydalara uyğun söylənilən xütbəni dinləmə imkanı əldə edəcək. Eyni zamanda məscidlərə getmək imkanı olmayan şəxslər də evlərində və digər yerlərdə internet üzərindən seçdiyi xütbəni dinləyə biləcək. Hazırda iri və mərkəzi məscidlərdə bununla bağlı veb-kameralar quraşdırılır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da APA-ya bildirib ki, onlar da bu ideyanı dəstəkləyir və bu artıq başqa ölkələrdə də tətbiq olunur: “Bu çox maraqlı ideyadır. Məsələn, kim istəməz ki, gedə bilmədiyi halda hansısa məsciddə savadlı bir axundun və ya imamın mozisini dinləsin. Biz bunu dəstəkləyirik və hazırda üzərində iş gedir”. Komitə sədri onu da deyib ki, xütbələr haqqında QMİ tərəfindən hazırlanan kitab var və hər yerdə də ondan istifadə olunur: “Yeni xütbə kitabçaları üzərində də iş gedir, komissiya üzərində işləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR