Yeni aşkarlanan 12 adda narkotik vasitənin siyahısı Nazirlər Kabinetinə göndərilib

Yeni aşkarlanan 12 adda narkotik vasitənin siyahısı Nazirlər Kabinetinə göndərilib
# 11 aprel 2016 11:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda yeni narkotiklərin siyahısı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

APA-nın xəbərinə görə, Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov deyib ki, bu gün dünyada "dizayn narkotik"dən geniş istifadə olunur. O bildirib ki, bununla bağlı Avstriyanın paytaxtı Vyanada keçirilən BMT-nin iclasında Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə həmin narkotiklərin müvafiq siyahıya salınması məsləhət görülüb: “Azərbaycanda bu istiqamətdə işlər gedir. Həmin narkotik vasitələr müəyyənləşdirilərək siyahıya salınıb. Onların miqdarı, qadağan olunmuş narkotik və prisxotrop maddələrin, dövriyyəsinə nəzarət olunan psixotrop maddələrin siyahısına salınması nəzərdə tutulub. Siyahılar hazırlanaraq təsdiq olunması üçün ilkin olaraq Nazirlər Kabinetinə göndərilib. Orada müvafiq nazirliklərlə müzakirələr təşkil olunacaq, son nəticədə siyahılar hazırlanacaq Milli Məclisə layihə təqdim ediləcək və yekun qərarı prezident təsdiqləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR