Dövlət Neft Şirkətinin çilingəri faciəli şəkildə ölüb

Dövlət Neft Şirkətinin çilingəri faciəli şəkildə ölüb
# 26 aprel 2016 09:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda çilingər bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində yerləşən Dövlət Neft Şirkətinin Nəqliyyat Departamentində qeydə alınıb. Orada çilingər işləyən Bakı şəhər sakini Ələddin Muradov qaldırıcı kranı təmir edərkən qurğunun qaldırıcı hissəsinin başına düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR