Reseptdə dərman vasitəsinin ticarət adının hansı halda yazıla biləcəyi açıqlanıb

Reseptdə dərman vasitəsinin ticarət adının hansı halda yazıla biləcəyi açıqlanıb
# 21 yanvar 2016 10:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Dərmanın tərkibində 3 və ya artıq maddə olarsa, bu halda həkim reseptdə dərmanın ticarət adını yazmalıdır”.

Bu barəd APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiq edilib: “Qaydaların tələblərini pozan şəxslər qanunvericilikdə nəzərdə tutulan inzibati və cinayət məsuliyyəti daşıyırlar. Eyni zamanda, respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə təsdiq edilmiş qaydalara riayət edilməsi tapşırılıb”.

Qeyd edilib ki, təsdiq edilmiş “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydalar”ına görə, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (generik adını) qeyd edəcəklər: “Beləliklə də xəstə aptekə müraciət edən zaman əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə xəstəyə məlumat veriləcək, xəstə də dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək. Lakin yenə qeyd edirik ki, dərmanın tərkibində 3 və ya artıq maddə olarsa, bu halda həkim reseptdə dərmanın ticarət adını yazmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR