Rusiya müdafiə naziri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Rusiya müdafiə naziri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
# 15 avqust 2016 09:20 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, o, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüb.

Qonaq həmçinin görkəmli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsini yad edib.

Sonra S. Şoyqu Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR