Bakıda 18 yaşlı gənc bıçaqlanıb - FOTO - VİDEO

Bakıda 18 yaşlı gənc bıçaqlanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2015 03:13 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Suraxanı rayonunda 18 yaşlı gənc bıçaqlanıb. APA-nın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb. Rayon sakinin 18 yaşlı Sabir Böyükağa oğlu Əsgərov qarın boşluğunun kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Sabunçu xəstəxanasına çatdırılıb. Xəstəxananın həkimi Aydın Kazımovun APA-ya verdiyi məlumata görə, xəstəyə dərhal müdaxilə edilib və o əməliyyat götürülüb: "Əməliyyat zamanı aydın olub ki, yara daxilə nüfuz edib. Mədənin zədələnməsi aşkar olunub. Mədə yarası tikildi. Hal-hazırda vəziyyəti ağır stabil olaraq qalır. Həyatı üçün təhlükə yoxdur".

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR