Ədliyyə naziri: “Dörd mindən çox məhkum şərti azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib”

Ədliyyə naziri: “Dörd mindən çox məhkum şərti azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib”
# 20 noyabr 2015 08:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri məqsədilə respublikanın müxtəlif regionlarında müasir tipli penitensiar müəssisələr istifadəyə verilib və bu sahədə islahatlar davam etdirilir”.

APA-nın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov “Azərbaycan” qəzetində nəşr olunan məqaləsində bildirib. Nazir qeyd edib ki, Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl azad etmə institutunun uğurla tətbiq edilməsi məhkumların sosial reabilitasiyasına böyük imkan yaradıb: “Bu institutun səmərəli və şəffaf tətbiqi nəticəsində bu günədək 4 min 200-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və məhkəmələrdə baxılmış həmin işlərdən 96 faizi müsbət həll edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR