Arif Hacılı ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb

Arif Hacılı ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb
# 24 noyabr 2015 11:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet A.Brinklə görüşüb.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanın Avropaya inteqrasiya məsələləri, ictimai-siyasi vəziyyət, siyasi məhbuslar problemi, Azərbaycanda keçirilən parlament seçkiləri, Qarabağ münaqişəsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR