Gürcüstanda Müstəqillik Günü qeyd olunub

Gürcüstanda Müstəqillik Günü qeyd olunub
# 26 may 2016 14:56 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanda ölkənin müstəqillik bayramı qeyd olunur.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, paytaxt Tiflisdə keçirilən tədbirdə baş nazir Giorgi Kvirikaşvili Müstəqillik Günü münasibətilə bütün xalqı təbrik edib: “Bizim ölkəmiz çox ağrı-acılar və qələbələr görüb, lakin bu gün əldə olunan uğurlar və perspektivlər vahid və güclü Gürcüstanda yaxşı yaşamağımıza zəmanət verir. Ölkəmizin gələcəkdə uğurları və qələbələri çox olacaq. Ümidvaram ki, bu uğurlara biz abxaz və osetin qardaşlarımızla birgə nail olacağıq. Biz ağrılarımıza birgə qalib gələcək və birlikdə xoş gələcəyə uzanan yol ilə addımlayacağıq”.


Azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Qardabani və Dmanisi rayonlarında da tədbirlər və müxtəlif konsert proqramları keçirilib. Marneulidəki tədbirdə rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili və rayon bələdiyyə sədri Nəbi Abdullayev çıxış edərək əhalini bayram münasibətilə təbrik ediblər. Onlar bildiriblər ki, müstəqillik yalnız gürcülərin deyil, ölkədə yaşayan digər millətlər, o cümlədən azərbaycanlıların da bayramıdır.

Tədbirdə idman və güləş yarışları da keçirilib, gürcü və azərbaycanlılardan ibarət rəqs ansamblları rəqs nömrələri ilə çıxış ediblər.

Marneuli rayon icra hakimiyyətinin binası qarşısında hərbi maşınlar və döyüş texnikası nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR