AİBA prezidenti Bakıya gəlir

AİBA prezidenti Bakıya gəlir
# 03 iyun 2016 09:30 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Ko Vu Azərbaycana gələcək. Bu barədə məlumatı apasport.az saytına Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov verib.

O bildirib ki, AİBA prezidenti iyunun 16-da Bakıda olacaq. Vunun ölkəmizə səfərinin məqsədi paytaxtımızda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirini canlı izləməkdi.

Qeyd edək ki, Dünya Olimpiya Təsnifat Turniri iyunun 16-dan 25-dək keçiriləcək. Yarışa 105 ölkədən 460 boksçunun gəlişi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR