Obama “Boko Haram”la mübarizə üçün Kameruna 300 hərbçi göndərir

Obama “Boko Haram”la mübarizə üçün Kameruna 300 hərbçi göndərir
# 14 oktyabr 2015 19:21 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama “Boko Haram” terror qruplaşması ilə mübarizə üçün Kameruna 300 hərbçinin göndərilməsinə dair sərəncam verib.

APA-nın Reuters agentliiynə istinadən verdiyi xəbərə görə, dövlət başçısı qərarla bağlı artıq Konqresə müvafiq məktub göndərib.

Bildirilir ki, ABŞ hərbçiləri Kamerunda əsasən hava kəşfiyyatı ilə məşğul olacaqlar. Hərbçilərin 90 nəfərdən ibarət ilk qrupu artıq Kamerunun paytaxtı Yaundeyə yola düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR