Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb
# 17 avqust 2016 12:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

APA-nın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, Təkirdağın Çorlu hava limanından təlim məqsədi ilə havaya qalxan təyyarə Ahimehmet kəndi yaxınlığında yerə düşüb.

Qəzanın səbəbi bilinmir. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub. Qəza nəticəsində iki nəfərin öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR