Mingəçevirdə qızıl-zinət əşyaları oğurlayan dilənçi qadın tutulub

Mingəçevirdə qızıl-zinət əşyaları oğurlayan dilənçi qadın tutulub
# 30 avqust 2016 08:53 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində mənzildən qızıl-zinət əşyaları oğurlayan qadın tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhərin Energetiklər qəsəbəsinin sakini Həsənov Xaləddin Çingiz oğlu ərizə ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək bildirib ki, naməlum şəxs ona məxsus mənzildən iki ədəd qızıl sırğa, 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzük oğurlayıb. Ev sahibi ona ümumilikdə 4000 manat dəyərində maddi ziyan dəydiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsindəki 145 saylı mənzildə yaşayan 1983-cü il təvəllüdlü Kərimova Zarina Ramiz qızı saxlanılıb. Məlum olub ki, Zarina Kərimova Yevlaxda yaşayan qaraçılardandır və Mingəçevirə dilənmək üçün gəlib. O, evdə heç kimin olmadığını görərək, mənzilə girib və qızıl-zinət əşyalarını oğurlayıb. Qadın əməlini etiraf edib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR