Dələduzluqda təqsirləndirilən şəxsə şərti cəza verilib

Dələduzluqda təqsirləndirilən şəxsə şərti cəza verilib
# 23 sentyabr 2016 10:08 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Alim Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən A.Rzayevə 1 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

A.Rzayev istintaq dövründə ev dustaqlığında olub. O, zərərçəkmişə dəyən ziyanı ödəyib. Məhkəmə kollegiyası hökm təyin edərkən, ziyanın ödənilməsini nəzərə alıb.

Qeyd edək ki, A.Rzayev işədüzəltmə adı ilə tanışından 20 min manat alıb qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR