Rusiya və İran diplomatları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya və İran diplomatları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
# 26 yanvar 2016 11:50 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin Moskvada iranlı həmkarı İbrahim Rəhimpurla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar aparıb.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in açıqlamasında deyilir.

“Regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusən, Mərkəzi Asiya, Cənubi Qafqaz, Dağlıq Qarabağ, habelə, Minsk razılaşmalarının həyata keçirilməsi ilə bağlı məsələlərə diqqət ayrılıb”, - deyə açıqlamada bildirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR