Azərbaycan kubokunun başlama vaxtı açıqlanıb

Azərbaycan kubokunun başlama vaxtı açıqlanıb
# 10 oktyabr 2016 09:48 (UTC +04:00)

Bakı – APA. Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunlarının başlama vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeni mövsümün oktyabrın 12-də keçiriləcək ilk qarşılaşmaları eyni saatda start götürəcək.

Birinci divizion təmsilçilərinin mübarizə aparacağı mərhələnin matçları saat 14:00-da başlayacaq. Qərblilərin paytaxt təmsilçiləri ilə duellərində “Turan Tovuz” “Bakılı”nı, “Şəmkir” “Qaradağ Lökbatan”ı qəbul edəcək.

Azərbaycan kuboku

1/16 final

12 oktyabr (çərşənbə)

14:00. “Turan Tovuz” - “Bakılı”

Tovuz şəhər stadionu

14:00. “Şəmkir” – “Qaradağ Lökbatan”

Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR