Rusiyanın bir neçə regionunda zəlzələ olub

Rusiyanın bir neçə regionunda zəlzələ olub
# 04 avqust 2016 04:49 (UTC +04:00)

Bakı-APA. Rusiyanın bir neçə regionunda zəlzələ baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Kamçatka sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Berinq adasından 59 km qərbdə yerləşib.

Ötən axşam həmçinin Tuva və Buryatiya Respublikalarında 3,8 bal gücündə zəlzələ olub. İlkin məlumatlara əsasən, dağıntı və zərərçəkən yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR