Brüsseldəki terrorla bağlı Avropa dövlətləri təhlükəsizlik tədbirlərini gücləndirib

Brüsseldəki terrorla bağlı Avropa dövlətləri təhlükəsizlik tədbirlərini gücləndirib
# 22 mart 2016 13:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Belçikanın paytaxtı Brüsseldə Zaventem aeroportu və Maelbeek metrostansiyasında törədilən terror aktları ilə bağlı Avropa ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

APA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, İsrail Avropa ölkələrinə olan bütün uçuş reyslərini təxirə salıb. Almaniya Berlindən Brüsselə hərəkət edəcək təyyarələrin havaya qalxmayacağını bəyan edib. Fransanın Paris, İtaliyanın Roma və Almaniyanın Frankfurt hava limanlarında, habelə Niderland-Belçika sərhədində, eyni zamanda İsveç, Norveç və Danimarkada təhlükəsizlik tədbirləri gücləndirilib.

Onu da qeyd edək ki, Belçikanın Türkiyədəki Baş konsulluğu və səfirliyi bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR