Gələn həftə Bakıda Azərbaycan-Meskika siyasi məsləhətləşmələri keçiriləcək

Gələn həftə Bakıda Azərbaycan-Meskika siyasi məsləhətləşmələri keçiriləcək
# 16 sentyabr 2016 09:49 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin müstəqillik günü ilə əlaqədar qəbul təşkil olunub.

APA-nın məlumatına görə, dünya musiqilərindən ibarət konsert proqramından sonra hər iki ölkənin dövlət himni səsləndirilib.

Çıxış edən Meksikanın Azərbaycandakı səfiri Rodriqo Lombardini iki ölkədə səfirliklərin açılmasının ikitərəfli əlaqələrin inkişafına təkan verdiyini bildirib. O qeyd edib ki, Meksika ilə Azərbaycan yerləşdikləri regionlarda vacib ölkələrdir: “Hər iki ölkə öz regionunda nəqliyyat və logistika mərkəzlərinə çevrilib. Bu, iki ölkə arasında yeganə oxşarlıq deyil, hər iki ölkə yanacaq ehtiyatlarına malikdir. Bu sahədə Meksika ilə Azərbaycanın zəngin təcrübəsi var və sözügedən sektor üzrə ikitərəfli əməkdaşlıq hər iki tərəf üçün məhsuldar ola bilər”.

Diplomat gələn həftə Bakıda iki ölkə arasında siyasi məsləhətləşmələrin keçiriləcəyini vurğulayıb. Səfir çıxışında ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.

Sonra çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov Azərbaycan hökuməti adından səfiri və Meksika xalqını müstəqillik günü münasibəti ilə təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR