"Audatex Azerbaijan"ın təqdim etdiyi proqram təminatı oktyabrın 1-dən işə düşür

"Audatex Azerbaijan"ın təqdim etdiyi proqram təminatı oktyabrın 1-dən işə düşür
# 23 sentyabr 2015 13:50 (UTC +04:00)

İSB-dən "APA-Economics"ə verilən xəbərə görə, görüşdə Türkiyə Motorlu Taşıt Bürosunun nümayəndələri Erkal Karagöz və İsmayıl Yıldız Türkiyədə tətbiq olunan Yaşıl Kart Hovuz sistemi ilə bağlı İSB-nin iştirakçı sığortaçılarının məlumatlandırılması üçün təqdimat keçiriblər.

Bundan başqa, görüş zamanı nümayəndə heyəti ilə Azərbaycanda 1 yanvar 2016-cı il tarixindən Yaşıl Kart sisteminin tətbiqi ilə əlaqədar olaraq Türkiyənin Yaşıl Kart sistemində fəaliyyəti və iş prinsipləri ilə bağlı təcrübə mübadiləsi aparılıb. Görüşdə, Azərbaycanda Yaşıl Kart Hovuz sisteminin tətbiqi imkanlarının araşdırılması istiqamətində İcbari Sığorta Bürosu tərəfindən müvafiq işlərin aparılması qərara alınıb.

Sentyabrın 22-də keçirilmiş digər görüşdə isə “Audatex Azerbaijan” şirkətinin təqdim etdiyi proqram təminatının 1 oktyabr 2015-ci il tarixindən etibarən büronun Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərən iştirakçı sığortaçılarının istifadəsinə verilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR