Pənah Hüseyn: “AXP ilə KXCP-nin birləşməsi müzakirə olunmur”

Pənah Hüseyn: “AXP ilə KXCP-nin birləşməsi müzakirə olunmur”
# 25 dekabr 2015 15:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Klassik Xalq Cəbhəsi Partiyasına inteqrasiya məsələsini birləşmə kimi qələmə vermək doğru deyil”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

O bildirib ki, AXP hazırda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) ilə yalnız əməkdaşlıq məsələlərini müzakirə edir və belə bir müqavilə imzalana bilər: “İndiki məqamda KXCP ilə birləşmək niyyətində deyilik. Bununla yanaşı, hesab edirəm ki, müxalifət partiyalarında ümumi ideoloji və proqram yaxınlığı olan təşkilatların birləşməsinə ehtiyac var. Ancaq hazırda KXCP və AXP arasında bu məsələ müzakirə olunmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR