Şəkidə 30 yaşlı kişi bıçaqlanıb

Şəkidə 30 yaşlı kişi bıçaqlanıb
# 22 sentyabr 2016 19:43 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 30 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saatlarında rayonun Çayqaraqoyunlu kənd sakini, 1986-cı il təvəllüdlü Tofiq Maarif oğlu Xəlilov döş qəfəsinin kəsilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Üzərində cərrahiyə əməliyyatı aparılan 30 yaşlı Tofiq Xəlilov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Çayqaraqoyunlu kəndi ərazisində baş verib. Tofiq Xəlilovla həmkəndlisi 1986-cı il təvəllüdlü Hikmət Arif oğlu Musayev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Hikmət Musayev üzərində olan bıçaqla Tofiq Xəlilovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Hikmət Musayev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR