Bakıda “Xocalıda qırmızı mələk” tamaşasının premyerası keçirilib

Bakıda “Xocalıda qırmızı mələk” tamaşasının premyerası keçirilib
# 22 fevral 2016 15:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Xocalıda qırmızı mələk” tamaşasının Bakı premyerası keçirilib.

APA-nın məlumatına görə, tədbirdə İtaliyanın Azərbaycandakı səfirliyinin təmsilçiləri, millət vəkilləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə qeyd olunub ki, ötən ilin fevral ayında “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək olaraq Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İtaliyanın “Associazione Arci Belezza” təşkilatı tərəfindən “Xocalıda qırmızı mələk” adlı tamaşa hazılanıb və italiyalı aktyorların ifasında Milanda təqdimatı keçirilib. Şura həmin tamaşanı Milanda səhnələşdirən truppanı Bakıya dəvət edib. Tamaşanın nümayişindən sonra səhnə əsərində rol alan aktyorlar mükafatlandırılıb.

Qeyd edək ki, ““Xocalıda qırmızı mələk” tamaşası “APA Holding”ə daxil olan "Lent.az" İnformasiya Agentliyində yayımlanmış reportajlar əsasında çapdan çıxan “Cəhənnəmdə böyük çığırtı” kitabının motivləri əsasında hazırlanıb. Tamaşanın ssenari müəllifi Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihad İsadır.

Səhnə əsəri Azərbaycan və İtaliya musiqilərindən istifadə olunmaqla, Xocalıda girov götürülmüş şəxslərin dramını əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR