Həbsdə olan AXCP funksionerinin şikayəti təmin edilməyib

Həbsdə olan AXCP funksionerinin şikayəti təmin edilməyib
# 28 sentyabr 2016 10:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Ali Məhkəmədə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində olan hökmdən verdiyi kassasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, Məmməd İbrahim ötən il sentyabrın 29-da həbs edilib. Nərimanov rayon məhkəməsi onun barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb. Bu ilin mayında isə Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR