Qorbaçovun Ukraynaya girişi qadağan edilib

Qorbaçovun Ukraynaya girişi qadağan edilib
# 26 may 2016 15:00 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ukrayna Təhlükəsizlik Xidməti SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun Ukraynaya girişini 5 il müddətinə qadağan edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndəsi Yelena Qitlyanskaya deyib.

Xatırladaq ki, M. Qorbaçov “The Sunday Times” nəşrinə müsahibəsində Vladimir Putinin Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı qərarını dəstəklədiyini bildirib: “Mən həmişə xalqların öz iradəsini sərbəst ifadə etmələrinin tərəfdarı olmuşam, Krımda isə çoxluq Rusiyaya birləşməyin tərəfdarı idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR