Ucar sakini intihar edib

Ucar sakini intihar edib
# 13 avqust 2016 12:10 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Qaracallı kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Gülümnar Nurəddin qızı Qasımova özünü yaşadığı evin artırmasından asaraq intihar edib.

Onun iki uşaq anası olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR