Bakının Pirallahı rayonunda yolların yenidən qurulmasına 3,8 milyon manat ayrılıb

Bakının Pirallahı rayonunda yolların yenidən qurulmasına 3,8 milyon manat ayrılıb
# 26 iyul 2016 16:13 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon (üç milyon səkkiz yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR